Cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü nəticəsində Avstriya, Sloveniya və Slovakiyada yaşayan radikal erməni qrupları tərəfindən nifrət zəminində təxribatların törədilməsi ehtimalı mövcuddur.

Bu barədə Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin yaydığı müraciətdə bildirilib.

“Vətəndaşlarımızı və soydaşlarımızı ehtiyatlı və təmkinli davranmağa, təxribatlara uymamağa çağırırıq. Ehtiyac yarandığı təqdirdə Səfirliyin +43 676 844 509 888 qaynar xətti vasitəsilə əlaqə saxlanılması xahiş olunur. Yazılı müraciətləri Səfirliyin email adresinə ( [email protected] ) ünvanlaya bilərsiniz”, - deyə səfirliyin Avstriya, Sloveniya və Slovakiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciətində qeyd olunub.

.