SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri fasiləsiz olaraq təcili yardım və Fövqəladə Hallar Nazirliyinin maşınlarını yanacaqla təchiz edir.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Twitter” səhifəsində paylaşım edib.
“SOCAR-Ukrayna yanacaqdoldurma məntəqələrini 24/7 rejimində təcili yardım və FHN maşınlarını yanacaqla təchiz etməyə başladı. Bu dostluq və qarşılıqlı yardım deməkdir!”-, deyə paylaşımda qeyd olunub.
.
