“Şuşa Bəyannaməsi bir müttəfiqlikdir. Əslində Azərbaycan, Naxçıvan üçün Qars müqaviləsi nədirsə, Şuşa Bəyannaməsi də o dəyərdədir”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

O deyib ki, bu bəyannamə Qafqazın bütövlüyünün, sabitliyinin, sülhü qorumaq üçün Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunun bəyanıdır: “Bundan əlavə, bəyannamə bir tərəfdən Qafqazı, bir tərəfdən Xəzər hövzəsini təminat altına alan, buranın sabitliyini qorumaq məqsədi daşıyan bir addımdır. Buradakı sabitlik Zəfərdən sonra Qarabağın yenidənqurması və inkişafı ilə bərabər, açılacaq yollar, ən əsası da Zəngəzur yoludur. İnşallah, bunun sevincini də yaşayarıq. Naxçıvan türk qapısıdır. Türkiyənin Mərkəzi Asiya, Xəzər hövzəsi və Şərqə çıxışı təmin olunacaq. Bütün bunlara gedən yol da Şuşa bəyannaməsi ilə imza altına alınıb, Şuşa bu qədər dəyərlidir”.

Səfir: "Türkiyə Prezidentinin özəl tapşırığı ilə Qarabağdakı işlər hər gün izlənilir"

“Bu, mənim Qarabağa 4-cü səfərimdir, amma səfirlərlə birgə burada olmaq çox dəyərlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın özəl tapşırığı ilə Qarabağdakı işlər hər gün izlənilir”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

O deyib ki, dünya Azərbaycanın Qarabağdakı zəfərinin gücünü azad edilmiş torpaqların yenidənqurma və inkişafında da görür: “3 ay ərzində elektrik enerjisi yarımstansiyası tikilib. Eyni zamanda, Füzuli hava limanı 1 il vaxt tamam olmadan, sentyabrın ilk həftəsində sınaq uçuşlarına başlayacaq. Nə qədər sevinsək, azdır”.

Səfir deyib ki, onun doğulduğu Çorum şəhəri ilə Füzuli şəhəri qardaşlaşmış şəhərlərdir: “Gələcəkdə Çorumun rəsmilərindən ibarət böyük heyəti Füzulidə görmək istəyirəm. Bununla bağlı işlərə başlayacağıq. Türkiyə olaraq Qarabağın hər yerində olduğu kimi, Füzulidə də nələr edə biləcəyimizi, necə töhfə verəcəyimizi müəyyən edəcəyik. Doğulduğum şəhər adına da bu gün ayrıca sevincliyəm”.

.