“İndiyədək Rusiyanın 14 şirkəti Azərbaycanın azad olunmuş ərazilərində bərpa layihələrində iştirak etmək üçün müraciət edib”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.
“Ötən il Rusiyanın Azərbaycana 50-dək şirkətin iştirak etdiyi iki işgüzar missiyası həyata keçirilib. Həmin missiyaların gündəliyində Rusiya şirkətlərinin Qarabağdakı layihələrdə iştirak etməsi mühüm yer tutub”, - o deyib.
.
