Bu ilin iyulunda NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya alyansa üzvlük dəvəti veriləcəyi gözlənilmir.

Bu barədə ABŞ-ın NATO-dakı səfiri Culianna Smit onlayn mətbuat konfransında deyib.

"Bu yay keçiriləcək sammitə gəlincə, mən alyansın indiki məqamda dəvət göndərəcəyini (Ukraynaya - red.) gözləmirəm", - Smit bildirib.

.