Rusiya qazı Avropa ölkələrinə çatdırılır.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.

O xatırladıb ki, G7 ölkələri Rusiya qazını rublla almayacaqlarını bəyan edib. Səfir əlavə edib ki, bu, Qərbin ABŞ-ın diktəsi ilə hərəkət etdiyinə nümunədir.

Diplomatın sözlərinə görə, Vaşinqton qorxur ki, dünya bazarında dolları məhz rubl sıxışdıracaq.

“SWIFT-in məlumatına görə, dolların 38,8 faiz azalması var”, - Boçarnikov vurğulayıb.

.