Sabiq prezident Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır.

Bu barədə bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Nursultan Nazarbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.

Səfir diqqətə çatdırıb ki, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub.

“O, daimi olaraq vəziyyəti izləyir”, - diplomat vurğulayıb.

.