Bizim bu gün sərgidə gördüyümüz texnikanın böyük hissəsi Azərbaycan torpağında istifadə oluna bilər. Bu texnikanın etibarlılığı, dözümlülüyü onun Azərbaycana göndərilməsi üçün perspektivlər yaradır.

Bunu Rusiya səfiri Mixail Boçarnikov Bakıda “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisinin açılışında jurnalistlərə bildirib.

Səfir diqqətə çatdırıb ki, Rusiya Azərbaycan məhsulları, Azərbaycan da Rusiyadan böyük çeşiddə məhsul idxal edir.

“Hazırkı vəziyyətdə bir vacib məsələni də qeyd etməliyəm. Rusiya Azərbaycana dənli bitkilərin, xüsusilə taxılın çatdırılmasında əhəmiyyətli yer tutur. Bu, gələcəkdə də davam edəcək. Taxıl ixracı ilə bağlı məsələdə Rusiya ilə Azərbaycan ticarət təşkilatları arasında birbaşa danışıqlar aparılır. Bu qarşılıqlı ticarət əlaqələrinə aid olan bir məsələdir. Bu səbəbdən mən indi hər hansı rəqəmləri səsləndirə bilməyəcəyəm. Bilirəm ki, tərəflər arasında həm taxılın, həmçinin gübrənin çatdırılmasında çox gözəl anlaşma mövcuddur”, - rusiyalı diplomat qeyd edib.

.