Azərbaycan son 20 ildə keçmiş sovet ölkələri arasında tam müstəqil siyasət yeridib. Heç kimin nəzarətində olmayıb. Bu, bizim üçün çox mühüm məsələdir. Bəs Bakı-Tiflis-Ceyhan layihəsi olmasa idi, Azərbaycan müstəqilliyini saxlaya bilərdimi? Eyni zamanda yeni enerji layihələri də Azərbaycanın
müstəqilliyinə yardım göstərir”.
Bunu bu gün Bakında keçirilən I Beynəlxalq Xəzər Enerji Forumundakı çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfir Amerikanın Avropaya qaz ixracına məsələsinə toxunub. O, qeyd edib ki, bununla bağlı ABŞ prezidenti Barak Obama da çıxıb edib: "Amerika qazını Avropaya göndərməyi gözləyir. Lakin bunun üçün öncə lisenziya alınmalıdır. Hərçənd bütün bunların Azərbaycana təsir edəcəyini düşünmürük. Çünki biz enerji mənbələrini şaxələndirməliyik. Avropaya Amerika və Xəzər qazı lazımdır”.
.
