Aİ Cənubi Qafqazın sülh və rifahın mövcud olduğu regiona çevrilməsi üçün çalışır və sülh prosesində fəal iştirak edir.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Peter Mixalko Aİ Şurasının Prezidenti Şarl Mişelin şəxsi təşəbbüsü və fəal iştirakı ilə üçtərəfli görüşlərin keçirildiyini xatırladıb.

“Ümid edirik ki, bu strukturlaşdırılmış proses sülhün əldə olunmasına gətirib çıxaracaq və çıxarmalıdır. Biz intensiv və davamlı qaydada işləyəcəyik ki, nəticələr əldə olunsun. Aİ Azərbaycanda minalardan təmizlənmə prosesində ən fəal dəstəkçilərdən biridir. Bu, Qarabağın yenidən qurulması və təhlükəsizliyi üçün çox vacibdir”, - səfir əlavə edib.

Peter Mixalko Kəlbəcərdə mina partlayışına da münasibət bildirib.

“Biz minalardan təmizlənmədə Azərbaycana kömək etməyə davam edəcəyik və inanırıq ki, bu dəstəyin həcmi artacaq”.

.