ABŞ Türkiyə də daxil olmaqla, bütün müttəfiqlərindən İranı Yaxın Şərqdə gərginliyi azaltmağa razı salmağa çağırır.

Bunu "Reuters" agentliyinə ABŞ-nin Ankaradakı səfiri Cefri Fleyk deyib.

“Türkiyə tərəfi eskalasiyanın qarşısını almaq üçün mümkün olan hər şeyi edir... və görünür, gərginliyin olmayacağına bizdən daha əmindir”, - o bildirib.

Qeyd edək ki, dünən Ağ Ev ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın İran hökumətini İsrailə davamlı hərbi hücum təhdidlərindən əl çəkməyə çağırış etməsi barədə bəyanat yayıb.

Sənəddə bildirilib ki, dövlətlər, həmçinin bölgədə gərginliyin azaldılması, atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi istiqamətində səyləri də dəstəkləyib.

.