ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.

 "Middle East Eye" xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.

“Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat vurğulayıb.

Səfir burada məqsədin Azərbaycan və Ermənistan arasındakı diplomatik danışıqları irəli aparmağa kömək etmək olduğunu vurğulayıb.

.