
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət edib: "Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Allah şəhidlərimizə rəhmət eləsin!"
.