
Müğənni, aparıcı Seda Sayan iş adamı Mehmet Tunanı məkanından qovub, gecə klubunu bağlatdırdıqdan sonra həmkarı Sezen Aksu isə onu bu hərəkətinə görə qınamışdı.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Sezen iş adamına öz mülkünü pulsuz olaraq təklif edərək "Sənə mülkmü yoxdur?" deyə bildirmişdi. Bundan sonra mediada tənqid edilən Seda "Rəngli səhifələr" proqramına telefonla qatılaraq açıqlama verib:
"Sezenin oğlundan başqa baxmalı olduğu kimi var ki? Mən isə böyük bir nəslə cavabdehəm. 13 yaşımdan bəri çalışıram. Bu yatırımları ailəmi düşünərək etmişəm. Kimin kimə jest etdiyi vecimə deyil. Hər yerdə Sezen xanımın etdiyi jestdən danışırlar. Halal olsun. Amma mənə qarşı belə bir hərəkət edəcəyinə, gedib həmin adama vaxtında kömək etsəydi, o da borcunu verərdi".
"Eşşək kimi çalışıb onları kraliçalar kimi yaşadıram".
"Tanınmış ailələr sosial şəbəkələrdə bu məsələyə görə, məni qınadıqları üçün utanmalıdırlar. Onun mənə verəcəyi kirayə borcu bəlkə də həmin ailələrin çərəz puludur. Hamı borcunu ödəyə bilir, o, ödəyə bilmirsə, deməli yanlış dostlar seçib. Mən mülk sahibiyəm. 5 ildir onu yola verdiyim üçün mənə "ağılsızsan" deyən çox oldu. Oranı kirayəyə götürmək istəyən hər kəsə də "bütün işçilərin yenidən işə götürülməsi" şərtini qoymuşam. Dolların məzənnəsi yüksələndə mən ondan sabit bir qiymətlə aylıq 15 min dollar haqq alırdım. Tam 5 il bunu etdim. Ətrafımdakılardan, məni tanıyıanlardan xahiş edirəm ki, yersiz danışmasınlar. Mülklərimin idarə edilməsi işinə oğlum Oğulcan Engin baxır, mən heç nəyə qarışmıram. Böyük bir sülaləm var. Eşşək kimi çalışıb onları kraliçalar kimi yaşadıram".
.