Seçkinin qalibi Adama Burrows şənbə günü qonşu ölkə Senegala qaçıb

Afrika ölkəsi Qambiyada gərginlik davam edir. Bizimyol.info xəbər verir ki, dekabr ayında keçirilən prezident seçkilərində dövlət başçısı Jammeh məğlub olmuşdu. Lakin buna baxmayaraq o seçki nəticələrini tanımayaraq hakimiyyətdə qalacağını bəyan edib. Jammeh "bu kreslo sahibini istəyir" deyərək vəzifəsindən getməyəcəyini açıq şəkildə bəyan edib. 


Parlament prezident Jammehin vəzifə müddətini 90 gün uzadıb və ölkədə fövqəladə vəziyyət elan edib. 1994-cü ildə çevriliş ilə hakimiyyətə gələn Jammehin seçkilərdə saxtakarlıq etdiyi iddia edilir. 

Seçkinin qalibi Adama Burrows isə şənbə günü qonşu ölkə Senegala qaçmaq məcburiyyətində qalıb. Nazirlərin istefa verməyə başladığı Qambiyada vəziyyət gərginləşib. 


Vəziyyətdən narahat olduğunu dilə gətirən qonşu ölkələr isə Jammehin hakimiyyətdən getməyəcəyi təqdirdə ölkəyə hərbi müdaxilə edəcəklərini bəyan ediblər. Artıq Qambiya sərhədlərində qoşunların toplandığı deyilir. 

.