Vətəndaşlardan daxil olan müraciətlər əsasında “azerinfo.az" xəbər saytının rəhbəri Hümbətov İbrahim Qubad oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Yenizaman apa-ya istinadən xəbər verir ki, sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.

Qeyd edək ki, eyni əməllərə görə “dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov da həbs edilib, barəsində cinayət işi açılıb, istintaq gedir.

.