COP29-da Azərbaycan iqlim maliyyələşdirilməsi sahəsində ölkələrin mühüm bir addım ataraq razılığa gəlməsinə kömək etdi.

APA xəbər verir ki, bunu BMT İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.

 

“2035-ci ilə qədər ildə 300 milyard dollar həcmində yeni qlobal iqlim maliyyələşdirmə hədəfi müəyyən edildi. Bununla yanaşı, bütün iştirakçıların 2035-ci ilə qədər iqlim maliyyələşdirməsini illik ən azı 1,3 trilyon dollara çatdırması üçün səyləri artırmağa çağırış edildi”,- Stil qeyd edib.

Onun sözlərinə görə, Qlobal keçid prosesi artıq böyük ümid və dinamika yaradır. Təmiz enerjiyə qoyulan investisiyalar hazırda ildə 2 trilyon dolları ötür.

 

“Şimali Afrikadakı rekord istilərdən Avropadakı misli görünməmiş meşə yanğınlarına, Çilidəki ölümcül fırtınalara qədər iqlim təsirləri dünyanın hər yerində insanların həyatını təhdid edir. Bu cür hadisələr insanların həyatını və dolanışıq vasitələrini məhv edir, infrastruktura zərər vurur, iqtisadiyyatları pozur və inflyasiyanı artırır. Lakin cavab geri çəkilmək deyil. Cavab liderlik, əməkdaşlıq və transformasiyadır”,- natiq vurğulayıb.

.