
Norveç Helsinki Komitəsi (NHK) 2014-cü il Andrey Saxarov Azadlıq mükafatını Azərbaycandakı siyasi məhbuslara verib.
Bu barədə "Azadlıq” radiosu məlumat yayıb. Norveç Helsinki Komitəsinin (NHK) baş katibi Bjørn Engesland deyib: "Onlar böyük cəsarət göstərir və ölkələrində ləyaqət, demokratik dəyərlər və insan haqlarının irəli aparılması üçün böyük işlər görürlər,”
Bununla bağlı yayılan press-relizdə bildirilir ki, "bu mükafat bütün siyasi məhbuslara verilir. Təəssüf ki, onların hamısının adını burada qeyd etmək mümkün deyil”.
Xatırladaq ki, mükafatın təqdimetmə mərasimi noyabrın 13-də Osloda Bristol otelində keçiriləcək.
Onu da qeyd edək ki, bu mükafat 1980-ci ildə Norveç Helsinki Komitəsi tərəfindən təsis olunub və ilk dəfə 1984-cü ildə verilib.
.