
Oktyabrın 16-da Avropa Parlamenti Andrey Saxarov adına "Azad düşüncə mükafatı” laureatının adını açıqlamalı idi.
Amma qalibin elan olunması mərasimi oktyabrın 21-nə keçirilib. "Azadlıq” radiosu belə xəbər verir.
Xatırladaq ki, Ukraynanın "Avromaydan” hərəkatı, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və konqolu həkim Deni Mukveq oktyabrın 7-də Brüsseldə keçirilən səsvermədə Avropa Parlamentinin bu mükafatına son namizədlər elan olunublar.
Hər il insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilən mükafatın dəyəri 50 min avrodur.
.