Gələn il Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edəcəyik.
Bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
Şavkat Mirziyoyev deyib ki, bunu ciddi nəticələrlə möhkəmləndirməlidirlər.
Özbəkistan Prezidenti Azərbaycan və Özbəkistanda iqtisadi kooperasiyalar yaradılmasını, 20 prioritet istiqamət üzrə çalışılmasını təklif edib: “Ticarət dövriyyəsini artırmalı və sənaye kooperasiyasında yeni mərhələyə keçilməli, o cümlədən üçüncü ölkədə birgə layihələr həyata keçirilməlidir. Bizim görüşümüzdə dəyəri 2 milyard dollardan artıq olan perspektiv layihələr barədə danışdıq. Bu gün həmin layihələrin reallaşması barədə biznes nümayəndələrimiz geniş müzakirələr apardılar. Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Fondu da effektiv çalışır. Əgər layihələr olarsa, bu Fond da genişləndirər”.
.