Ermənistan prezidenti Serj Sarqsyan 2009-cu ildə Türkiyə ilə imzalanan normallaşma protokolunu ləğv edib.

"CNNTurk” xəbər verir ki, o, bunu martın 1-də Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısında açılqayıb.

S.Sarqsyan deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün imzalanan protokolun ləğv olunması haqqında fərman imzalayıb.

Qeyd edək ki, Ermənistan prezidenti 2010-cu ilin aprelin 22-də protokolun ratifikasiyası prosesinin dayandırlması barədə fərman imzalamışdı. Nəticədə sənədin ratifikasiyası dondulmuşdu.

.