Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev və Aİ Şurasının Prezidenti Şarl Mişel Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanları müzakirə ediblər.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

"Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Prezident Tokayev və Prezident Mişel qlobal istehsal və təchizat zəncirlərini asanlaşdırmaq üçün Avropa və Mərkəzi Asiya arasında mövcud beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinin və inkişafının vacibliyini qeyd ediblər. Onlar, həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanlar və onun daha da inkişaf etdirilməsi variantları, regionda digər nəqliyyat əlaqələrinin rolu müzakirə ediblər", - məlumatda deyilir.

.