Avropa İttifaqı (Aİ) rəqabət qabiliyyətini gücləndirməli, iqtisadi əsaslarını möhkəmləndirməli və təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməlidir.

Bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumunda panel müzakirəsində sualları cavablandırarkən deyib.

O bildirib ki, Avropa İttifaqının qurulduğu layihə sülh, demokratiya və beynəlxalq hüquq kimi prinsiplərə əsaslanıb, lakin hazırda bu dəyərlər müxtəlif tərəflərdən təzyiq altındadır.

Şarl Mişel qeyd edib ki, Ukraynada müharibə və Yaxın Şərqdə baş verən hadisələr Avropa üçün ciddi geosiyasi çağırışlar yaradıb. Onun sözlərinə görə, bu proseslər fonunda beynəlxalq hüquq, demokratik prinsiplər və insan ləyaqəti kimi dəyərlər getdikcə daha çox təhdidlə üzləşir.

O əlavə edib ki, son illərdə beynəlxalq münasibətlərdə “ikili standartların” artması beynəlxalq hüquqa və qlobal nizamın əsaslarına zərbə vurur.

Şarl Mişel həmçinin vurğulayıb ki, Aİ qarşıdakı dövrdə üç əsas istiqamətdə daha qəti addımlar atmalıdır:

“Birinci istiqamət - Avropanın rəqabət qabiliyyətinin və iqtisadi inkişafının gücləndirilməsi, innovasiyaya mane olan həddindən artıq tənzimləmələrin azaldılmasıdır.

İkinci istiqamət - təhlükəsizlik və müdafiə sahəsində Avropanın imkanlarının genişləndirilməsidir”.

Onun sözlərinə görə, Avropanın müdafiə potensialının gücləndirilməsi artıq təxirəsalınmaz məsələdir: “Üçüncü istiqamət isə qlobal iqtisadi əlaqələrin və təchizat zəncirlərinin şaxələndirilməsidir. Avropanın Rusiya enerji resurslarından və ucuz istehsal zəncirlərindən asılı olduğu dövr artıq geridə qalır”.

Şarlı Mişel əlavə edib ki, ABŞ ilə Aİ arasında mövcud olan ənənəvi strateji ittifaq da dəyişir və bu, Avropanın daha müstəqil qərarlar qəbul etməsini zəruri edir.

Avropanın Rusiya enerji resurslarından asılı olduğu dövr artıq başa çatır

Avropa İttifaqı (Aİ) qlobal iqtisadi riskləri azaltmaq üçün təchizat zəncirlərini şaxələndirməlidir.

Bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti və Belçikanın keçmiş Baş naziri Şarl Mişel XIII Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, qlobal iqtisadi mühit sürətlə dəyişir və Avropa yeni reallıqlara uyğun iqtisadi strategiya formalaşdırmalıdır.

Şarl Mişelin sözlərinə görə, Avropanın Rusiya enerji resurslarından və Çin təchizat zəncirlərindən asılı olduğu dövr artıq başa çatır.

“Biz təchizat zəncirlərimizi şaxələndirməliyik. Rusiya fosil yanacaqlarından və Çin istehsal zəncirlərindən asılı olduğumuz dövr artıq geridə qalır”, – o qeyd edib.

Şarl Mişel əlavə edib ki, Avropa İttifaqı rəqabət qabiliyyətini artırmaq üçün iqtisadi əsaslarını gücləndirməli və tənzimləmə siyasətini daha səmərəli qurmalıdır.

.