
Futbol üzrə Azərbaycan millisinin Haiti və Belarusa qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti bəlli olub.
Komandanın baş məşqçisi Fernandu Santuş yığmaya dəvət alan futbolçuların siyahısını mətbuat konfransında açıqlayıb.
Qapıçı: Rza Cəfərov, Şahruddin Məhəmmədəliyev, Aydın Bayramov.
Müdafiəçilər: Amin Seydiyev, Mert Çelik, Bahlul Mustafazadə, Bədavi Hüseynov, Rahil Məmmədov, Zamiq Əliyev, Rəhman Daşdəmirov, Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər: Aleksey İsayev, Coşqun Diniyev, Elvin Camalov, Şahin Şahniyarov, Səbuhi Abdullazadə, İsmayıl İbrahimli, Ozan Can
Kökçü, Toral Bayramov
Hücumçular: Nariman Axundzadə, Xəyal Əliyev, Renat Dadaov, Ağadadaş Salyanski, Mahir Emreli və Musa Qurbanlı.
Qeyd edək ki, yığma martın 22-də Haiti, bundan üç gün sonra isə Belarusla üz-üzə gələcək.
.