Rusiya Baş Prokurorluğu hadisəni terror aktı adlandırıb.
***
"Fontanka"nın məlumatına görə, "Ploşad vosstaniya" stansiyasında bomba tapılıb. Hazırda bomba zərərsizləşdirilir.
***
"İnterfaks” agentliyinin mənbəyinin məlumatına görə, partlayışlar əldəqayırma partlayıcı qurğularla törədilib. Partlayışın gücü 200-300 qram trotil ekvivalenti təşkil edib.
***
Partlayışın səbəbləri hələlik məlum deyil.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, terror, məişət və kriminal da daxil olmaqla bütün versiyalara baxılır. Metroda partlayış haqqında xüsusi xidmət orqanlarından məruzələr alıb.
Putin hadisə ilə bağlı partlayışda ölənlərin ailələrinə başsağlığı verib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin bu gün Strelnada (şəhərin yaxınlığında inzibati ərazi - red.) işləyir. Onun belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdüyü bildirilir.
