Samuxda marketdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Rayonun Lək kəndində yerləşən mağazaların birində 2 000 manat məbləğində tütün məmulatı oğurlanıb.
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı E.Məmmədov saxlanılıb. Onun marketdən oğurluq etməsi kameralar vasitəsilə də lentə alınıb.
E.Məmmədovdan narkotik vasitə marixuana da aşkarlanıb.
Araşdırma aparılır.
.
