Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. "Daewoo” markalı avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
.
