Samux rayonunda açıq ərazidə yanğın başlayıb.

Samux rayonu Qədili kəndində qamışlıq sahə yanır.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

.