Samuxda sel sularında kişi meyiti tapılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, suda boğulan şəxsin rayonun Qaraçanaq kənd sakini, 1966-cı il təvəllüdlü Kamil Yolçu oğlu İlyasov olduğu müəyyən edilib. 
 
Meyit bu gün səhər saatlarında Qarayeri kəndi əraizisndə sel sularında aşkar olunub.  Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı Samux rayon Prokuroluğunda araşdıma aparılır.
.