Samur-Dəvəçi kanalında 1 nəfər batıb.
AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Barlı qəsəbəsi Samur-Dəvəçi kanalında 1 nəfərin batması barədə məlumat daxil olub. 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışına başlayıblar. 
Əlavə məlumat veriləcək. 
.