“Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə pandemiya ilə mübarizə sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib və keçirilməkdədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, çarpayı fondu artırılıb, yeni cihazlar, avadanlıqlar alınıb, yeni xəstəxanalar tikilib, xaricdən mütəxəssislər cəlb edilib, xaricdə istehsal edilən peyvəndin ilk sifarişçisi olmağımız təmin olunub: “Xəstəliklə mübarizə üçün vaksinasiyaya artıq gələn ilin əvvəlindən başlanılacaq".

S. Şərifov qeyd edib ki, 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin layihələri ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, dövlətin iqtisadi inkişafı və s. kimi layihələr əsas götürülməklə hazırlanıb: "Növbəti il kontrsiklik büdcə siyasəti davam etdiriləcək. Ancaq dövlət tərəfindən iqtisadiyyata əlavə pul təklifi iqtisadi fəallığı canlandırmaq, Qarabağın, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına sürətli transfertinin həyata keçirilməsi üçün davam edəcək”.
 

.