Yenizaman.az CTV-yə istinadən xəbər verir ki. Salyanda yol kənarlarında, parklarda rast gəlinən meymun almasının faydasını yaşlılar bilsələr də gənc nəsil bundan xəbərsizdir. Maraqlısı odur ki, lazımsız meyvə kimi baxdığımız meymun almasının çox böyük müalicəvi əhəmiyyəti var.

El arasında meymun alması kimi tanınan ağac Salyana ötən əsrin 30-cu illərində xarici ölkələrdən gətirilərək əkilib. O, vaxtdan bu günə kimi həmin ağaclar qorunaraq saxlanılır. Hündürlüyü 15-20 metrə qədər olan ağacın meyvələri adətən payız aylarında yetişir. Yeməli olamasa da meymun almasının müalicəvi əhəmiyyəti olduqca böyükdür.

 Rayon sakini Fəxrəddin Fərzəliyev: "Bir çox xəstəliklərin müalicəsində, xüsusən də revmatik xəstəliklərin, dermatitin, xoranın, radikulitin müalicəsində istifadə olunur.”

 Bununla yanaşı meymun alması daha çox oksigen istehsal edən ağacdır. Ağacda fotosintez prosesi baş verdikdə atmosfer oksigenlə zənginləşir. Bu da şəhər üçün olduqca əhəmiyyətlidir. Ağacın oduncağı da çox möhkəmdir. Buna görə də oduncağından torna aparatlarından geniş istifadə olunur. Daha bir maraqlı məqam isə odur ki, ağırlığı 300-400 qram və dairəvi formada olan meymun almasından  uşaqlar əylənmək üçün futbol topu kimi istifadə edirlər.

.