Salyanda 23 yaşlı gənc bıçaqla qətlə yetirilib. Hadisə ötən gün günorta saatlarında Salyan şəhərində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 23 yaşlı Ağaverdi Davudov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq asfalt yolun üzərində köməksiz halda can verir. Ətrafdakı insanların köməkliyi ilə hadisə yerinə təcili yardım avtomobili çağırılır. Ağır bıçaq yarası alan Ağaverdi Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinir. Qatilin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Ağaverdi Davudovu bıçaqla qətlə yetirən rayonun Babazənan yaşayış massivinin sakini, 20 yaşlı Ağaqulu Qubadov Polis Şöbəsinə gələrək könüllü təslim olur. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
.
