Salyan rayonunda yanğın hadisəsi qeydə alınıb.
Yenizaman.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Yeni Uluxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
.
