Salyan sakini özünü güllələyib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün 17.00 radələrində qeydə alınıb. Rayon sakini Cəfərov Təbəssüm Tahir oğlu əlindəki odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Hadisənin qəsd və ya ehtiyatsızlıq olması araşdırılır.
.