Salyan sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Rayonun Aşağı Kürkənd sakini, 1961-ci il təvəllüdlü Axundov Cəmaləddin Əjdər oğlu işıq dirəyindən yıxılıb.

O, Salyan Rayon Xəstəxanasına çatdırılsa da, daxili orqanlarının zədələnməsi səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (APA)
.