
Gürcüstanda ötən gün keçirilən bələdiyyə seçkiləri hökumətə etimad referendumu kimi mühüm siyasi məna daşıyır.
Bu, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin "X" səhifəsindəki paylaşımında yer alıb.
Papuaşvili qeyd edib ki, "Gürcü Arzusu" Partiyası bu referendumu inandırıcı şəkildə qazanıb:
"Biz bu seçkilərdə sülhü müharibədən, vətənə sədaqəti yad hökmranlıqdan, gələcəyi keçmişdən üstün tutan xalqla birlikdə qalib gəldik".
Spiker əlavə edib ki, ölkə üzrə 1 milyondan çox seçici "Gürcü Arzusu" Partiyasına səs verib.
Papuaşvili partiyanın qələbəsini Gürcüstan xalqının sülh, sabitlik və inkişaf kursuna verdiyi dəstək kimi qiymətləndirib və seçicilərə minnətdarlığını bildirib:
"Biz millətimizi və dövlətimizi daha möhkəm şəkildə müdafiə edəcəyik".
.