ABŞ NATO ilə birlikdə Rusiya ilə təhlükəsizlik zəmanəti ilə bağlı əməkdaşlığa hazırdır.

Bunu ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bildirib.

Biz Rusiya tərəfinin təqdim etdiyi sənədləri nəzərdən keçirdik. Biz NATO-dakı müttəfiq və tərəfdaşlarımızla birlikdə Rusiya ilə qarşılıqlı əlaqə saxlamağa və  dedikləri problemləri müzakirə etməyə hazırıq.

Üstəlik, tərəfdaşlarımız və Avropadakı təhlükəsizlik vəziyyətindən narahat olan hər kəs bu məsələlərdə Rusiya hökuməti ilə əlaqə saxlamağı səbirsizliklə gözləyir”.- səfir “Kommersant” qazetinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu qarşılıqlı fəaliyyət istəyi ABŞ və Rusiya Federasiyası liderlərinin iyun görüşünə uyğundur.  Baydenin prezident Putin və Rusiya tərəfi ilə birbaşa və şəffaf olmaq istəyinə də uyğun gəlir.

Biz Rusiya tərəfi ilə dialoqa və müzakirəyə hazırıq.Lakin Rusiya hakimiyyəti ABŞ-la və xüsusən də prezident Baydenlə onilliklər boyu münasibətlərinin təcrübəsindən bilir ki,, bizim güzəştə getməyəcəyimiz fundamental dəyərlərimiz var”, - deyə diplomat bildirib.

.