Son günlər ölkəmizdə bəzi media qurumları paytaxtın Xətai rayonu Neftçilər prospektində mayın 16-da baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı əsassız olaraq "Salam Aleykum" restoranının adını hallandırır, qəzanı törətmiş şəxsi restoranın sahibi kimi təqdim edirlər.
Təəssüf hissi ilə bildiririk ki, sözügedən xəbərləri yaymış media nümayəndələri restorana müraciət etməyib və bu məlumatı dəqiqləşdirməyiblər. Beləliklə, jurnalistika prinsiplərini və elementar etik qaydaları pozaraq ictimaiyyətə yalan məlumat yayıblar.
Birmənalı olaraq bildiririk ki, məlum qəzanı törətmiş şəxs - Şənlik Şükürovun "Salam aleykum" restoranı ilə heç bir əlaqəsi yoxdur. Restoran iş adamı Rövşən Hacızadəyə məxsusdur.
Ümid edirik, media qurumları bu yanlışı düzəldəcək və restoranımızın imicinə xələl gətirən həmin məlumatları təkzib etməklə jurnalistika prinsiplərinə sadiq olduqlarını nümayiş etdirəcəklər.
