Bəsimdir

Mən istəmirəm göydə ulduz olum
Ayağın altında xəzəl olsam bəsimdir
Demirəm gözlərinin qarası olum
Gözlərində yaş olsam bəsimdir

Mən istəmirəm mənə nəğmə qoşasan
Adımı səndən duyum bəsimdir
Demirəm  tellərini mənimçün dara
Telinə sığal çəkim bəsimdir
 
Mən istəmirəm  dünyanın varın dövlətin
Sən var ol mənim bəsimdir
Geymərəm zərxara  taxmaram daş qaş
Qara bağlamayım mənim bəsimdir
(GÜLARƏ QASIMOVA)

**********
Nağıl
Səninlə bir yola çıxdıq
Nə az getdik,nədəki düz
Nağıltək başladıq nagııtək bitdik
Kim oldu günahkar onu bilmədik.
  
Həyat bir oyun oynadı bizə
Biri varikən biri yox oldu
Nağıllar gözəl bitərdi
Bəs niyə bizimki ayrılıq oldu?
 
Dəyişib zaman, dəyişib həyat
İndi nağıllarda başqa cür bitir 
Əvəllər uyuyardq nağıl deyəndə
İndi nağılın özü olmuşuq
 
İllər ötəcək,zaman keçəcək
Nağıla dönəcək bizim sevgimiz
Bəlkə də sevənlər biri birinə
Bizim sevgimizdən nağıl deyəcək
(GÜLARƏ QASIMOVA)

***********

Şəhidim yatır
Yağma yağış islatma torpağı
Əsmə külək sovurma yarpağı
Asda toxunun asda gəzin
Torpaq altda şəhidim yatır
 
Arzusu muradı gözündə qalan
Baxıb göylərə xəyala dalan
Sevdiyi gözəli nigaran qoyan
Sevgisi nakam şəhidim  yatır
 
Bacın başına qara bağladı
Ananın fəryadı ürək dağladı
Asda ağla şəhid qadını
Min yerdən yaralı şəhidim yatır

(GÜLARƏ QASIMOVA)

.