Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə iki ölkənin əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

Görüş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasından sonra baş tutub.

Ş.Mustafayev bu gün həm də İranın sənət, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari ilə görüşəcək.
.