
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisinin adı bu gün bəlli olmalıdır.
Məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədovla Məşqçilər Komitəsi arasında keçirilməsi nəzərdə tutulan görüşdə həmin mütəxəssisin adı açıqlanacaq.
Məşqçilər Komitəsinin baş katibə təqdim etdiyi siyahıda 4 yerli mütəxəssisin adı var. Bunlar Nazim Süleymanov, Əsgər Abdullayev, Yaşar Vabahzadə və Şahin Diniyevdir.
İlk 3 məşqçidən fərqli olaraq Diniyevin adının çəkilməsi təəccüb doğura bilər. Məsələ burasındadır ki, federasiya rəhbərliyi komitənin özündən 1 nəfərin U-21-ə namizəd göstərilməsini tələb edib. Belə olan halda Məşqçilər Komitəsi Diniyevin adını siyahıya əlavə edib.
Təqdim edilən 4 yerli məşqçidən əlavə federasiya rəhbərliyinin siyahısında 2-3 əcnəbi çalışdırıcının adı var (apasport.az).
.