Bu gün Bakı Metropolitenin qarşısında yeraltı keçid ticarətilə məşğul olan sahibkarlar obyektlərinin bağlanmasına növbəti dəfə etiraz ediblər. Məlumata görə, təxminən yüzə yaxın sahibkar metropoliten rəhbərliyindən problemin həlli ilə bağlı göstəriş verməsini tələb edib. Əraziyə cəlb olunan polis əməkdaşları "Elmlər Akademiyası" stansiyasının qarşısına toplaşan sahibkarları uzaqlaşdırmağa çalışıb.
Metropoliten rəhbərliyinin qərarına etiraz edən metro ticarətçiləri "Elmlər Akademiyası"nın qarşısında yolu kəsməyə çalışıb. Polis qüvvələri yolu bağlayan sahibkarın bir neçəsini həbs edib. Polisin müdaxiləsindən sonra yol açılıb, hazırda polis əraziyə nəzarət edir.


.