ABŞ Prezidenti Donald Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.

O bildirib ki, ABŞ-Azərbaycan əlaqələrinin qurulması olduqca vacib məsələdir:

"Ölkəmizə qarşı məkirli planların qarşısı böyük məharətlə dəf edildi. Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülh sazişinin paraflanması haqq-ədalətin zəfərini ehtiva edir".

.