“Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümə dəstək verdikləri üçün həmkarlarıma təşəkkür edirəm. Bu formatda ilk görüş tarixdə öz yerini tutacaq”.

Bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclis sədri Sahibə Qafarova bildirib.

Milli Məclis sədri: "İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir"

“2020-ci il Azərbaycan tarixinə Şanlı Zəfər ili kimi daxil olub. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tairixi qələbə qazanıb, torpaqlarını işğaldan azad edib”.

Bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclis sədri Sahibə Qafarova bildirib.

Milli Məclis sədri deyib ki, İkinci Qarabağ savaşında Türkiyə və Pakistan Azərbaycana dəstək verib: “Türkiyə və Pakistan işğalçı Ermənistanla diplomatik əlaqələr də qurmayıb. Biz buna görə qardaş Türkiyə və Pakistana minnətdarıq. Biz də beynəlxalq platformalarda bu qardaş ölkələri dəstəkləmişik”.

Sahibə Qafarova nəzərə çatdırıb ki, beynəlxalq münasibətlərdə ikili stantadrtlar hələ də qalmaqdadır: “İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir. İnanıram ki, bu gün əsasını qoyduğumuz üçtərlfi format qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək. Parlamentlər arasında sıx əməkdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq, beynəlxalq təşkitalar çərçivəsində qarşılıqlı maraqlarımızı müdafiə edəcəyik”.

Spiker: “Zəngəzur dəhlizi Pakistandan Türkiyəyə yeni koridoru təmin edəcək”

“Zəngəzur dəhlizi həm də qardaş Pakistandan Türkiyəyə, Azərbaycana qədər yeni koridoru təmin edəcək”.

Bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova bildirib.

S Qafarova deyib ki, üçtərəfli format sçərçivəsində görüşlərin davamlı keçirilməsi vacibdir: “Bu platforma ölkələrimizin daha sıx birləşməsinə imkan yaradacaq. Üçtərəfli Görüş çərçivəsində Bakı Bəyannaməsi qəbul ediləcək. Bəyannamədə parlamentlərarası dialoq, ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq təşkilatlarda birgə addımlar atmaq, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin təmin olunması əhəmiyyətli olacaq. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsinə dəstəyi də mühüm hesab edirəm”.

.