Qoşulmama Hərəkatının videokonfransı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib: “Dünən Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə “COVİD-19-a qarşı birlikdəyik” adlı Zirvə görüşü keçirilib. 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşşəbüsünə dəstək verməsi və Zirvə görüşünə qatılması bir daha Azərbaycanın və onun liderinin beynəlxalq aləmdə nüfuzunun çox yüksək olduğunu göstərir”.

Spiker vurğulayıb ki, pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır: “Bu qlobal bəlanın yayılmasının qarşısının alınmasında beynəlxalq əməkdaşlıq və həmrəylik vacib əhəmiyyət kəsb edir. Bu istiqamətdə Azərbaycan öz təşəbbüsləri ilə əməkdaşlıq üçün bir körpü yaradır”.

.