”8 Noyabr Zəfəri dəmir yumruğa çevrilmiş milli birliyimizin nəticəsi olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Azərbaycan öz gücü ilə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişib: “Bu gün Qarabağ və Şərqi Zəngəzur öz həyatının yeni dövrünü yaşayır. Vandalların viran qoyduğu bu ərazilər bərpa olunur. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır. Vaxtaşırı Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyeva bölgəyə səfərlər edir, görülən işlərə diqqət göstərirlər. Biz Ermənistanı danışıqlar prosesində sülh prosesini pozan davranışlardan çəkinməyə çağırırıq. Biz əminik ki, Ermənistan bu addımlardan çəkinsə, sülh müqaviləsi imzalana bilər”.

.