Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq təşkilatları Azərbaycanın günahsız mülki vətəndaşlarının ölümünə səbəb olan terroru dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Parlamentin sədri bununla bağlı “Twitter” hesabında paylaşım edib. Spiker qeyd edib ki, Ermənistan terrorçu üzünü bir daha göstərdi: “Bu gecə başqa bir SKUD ballistik raketi Azərbaycanın Gəncə şəhərinə tuş gəldi. Beynəlxalq təşkilatlar ilk olaraq, BMT Azərbaycanın günahsız mülki insanlarının həyatına səbəb olan bu terroru dayandırmaq üçün təcili tədbirlər görməlidir”.

.