Şagirdləri daşıyan avtobusla yük maşını toqquşdu - 18 ölü, 40 yaralı

4,298 oxunub

Hindistanda şagirdləri daşıyan avtobusla yük maşını toqquşub.

AzNews.az "Times of India"ya istinadən xəbər verir ki, hadisə Hindistanın Uttar-Pradeş ştatının Etax bölgəsində baş verib. 

Qəza nəticəsində azı 18 məktəbli ölüb, 40 nəfər isə yaralanıb. Şagirdlərin təhsil aldığı məktəbdə qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 gün tətli olması ilə bağlı elan verilsə də, həmin gün məktəb açıq olub. 

Hadisə ilə bağlı araşdırma aparılır.

.
Təqvim