Mayın 2-də Odessa şəhərinin mərkəzindəki Həmkarlar İttifaqları binasında millətçi "Sağ Sektor”un fəalları tərəfindən törədilən yanğın nəticəsində azı 43 nəfərin öldüyü, 170 nəfərin xəsarət aldığı bildirilir. Xüsusilə Həmkarlar İttifaqları binasında 39 nəfərin diri-diri yandığı qeyd edilir. Yenizaman.az xarici mətbuata istinadən xəbər verir ki, yaralılardan 25 nəfərin vəziyyəti daha ağırdır. Həlak olanların əksəriyyətinin federallaşma tərəfdarlarının olduğu güman olunur. Odessa şəhərində 3 günlük matən elan olunub.
.
